<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Hər zaman qorxu içində bu dünyada yaşayırdım,
 İnamım yoxdu bir kəsə, tənhalıq içrə yanırdım.

[C1]
   Allahım, bilirsən Sən hər fi krimi, düşüncəmi,
   Şəri məhv eyləyən Sənsən, təmizlə Sən ürəyimi.

[V2]
 Yardım et ki, əl çəkim mən günahlardan, pis əməldən,
 Qurtulum hər bir zülümdən, nurunla işıqlanım mən.

[C2]
   Sən insana güc verirsən, Ruhun təsəlliverici,
   Ürək ilhamlanır Səndən, Səndə tapırıq sevinci.

[V3]
 Rəbbi dərk edən hər insan dönməz Ondan heç zaman,
 İsa Sənsən əlac, aman, İsa Sənsən lütfkar hər an.

[C3]
   İsa Məsihim adildir, hər bir əməldən halidir,
   O bizə pənah yeridir, O, Allahdır, İlahidir.</lyrics>
<title>Hər zaman qorxu içində bu dünyada yaşayırdım İL450</title>
<hymn_number>450</hymn_number>
</song>